İyn
2020
13:20
88
272
4947
Virtual karabakh

Verilişlərə həmkarları ilə çıxmaqdan imtina edən Damla: “Deyirlər ki, saxta, yalançıyam”

6 İyn, 2020
13:20
4947

Verilişlərə həmkarları ilə çıxmaqdan imtina edən Damla: “Deyirlər ki, saxta, yalançıyam”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mart ayında Rusiyaya toya gedib, oradan koronavirus pandemiyası səbəbindən sərhədlərin bağlı olmasına görə, üç aya yaxın vətənə qayıda bilməyən Damla uzun fasilədən sonra Bakıya dönüb.

Oxu.Az xəbər verir ki, “Xəzər” telekanalında yayımlanan “5/5” axşam şousunda qonaq olan müğənni qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Damla sosial mediada izləyicilər tərəfindən barəsində yazılan tənqid dolu şərhlərdən söhbət açıb:

“Haqqımda belə deyirlər: “Çox saxtadır, yalan danışır, özünü məsum kimi gözə soxmağa çalışır. Sanki qüsursuzdur, günahsızdır. İnsanlara özünü mələk kimi təqdim edir”. Sənət adamlarının çıxışlarını hər zaman izləyirəm. Hansısa sənət dostunun xətrinə dəymək, alçaltmaq, təhqir etmək, ələ salmaq, lağa qoymaq dürüstlükdürsə, səmimiyyətdirsə... Onlar barədə neqativ fikirlər demək və bunu “sözü üzə deyirəm” kimi qələmə vermək səmimiyyətdir? Bunları etmirəmsə, saxtakaram?”

Verilişin aparıcısı Zaur Kamalın “Şəbnəm Tovuzlu sizlə efirə çıxmaq istəyib, amma razılaşmamısınız?” sualına sənətçi “Nə deyim? Heç bir sənət dostumla efirə çıxmıram. Dəfələrlə bu barədə danışmışam” cavabını verib.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri