12 
İyn
2020
11:34
92
196
7507
Virtual karabakh

Nura Suri: “Həyat yoldaşlarım olub, adım “həci”lərlə hallanmayıb” - VİDEO

12 İyn, 2020
11:34
7507

Nura Suri: “Həyat yoldaşlarım olub, adım “həci”lərlə hallanmayıb” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Nura Suri şəxsi həyatı ilə bağlı müzakirələrə səbəb olacaq açıqlama verib.

Oxu.Az xəbər verir ki, sənətçi “Xəzər” telekanalında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən keçmiş həyat yoldaşlarından söz açıb.

N.Suri barəsində xoşagəlməz dedi-qodu yayanları efir vasitəsilə ittiham edib:

“Haqqımda şayiələr gəzir. Danışanların ağzına şillə olsun deyə, karantin dövründə “Instagram” hesabımda uşaqlığımdan bəri çəkilən fotoları paylaşdım. Uşaqlarımın, keçmiş həyat yoldaşlarımın, nənəmin və babamın şəkillərini yayımlamışam.

Hamı bilir ki, üç dəfə ailə qurmuşam. Toy şəkillərimi sosial media səhifəmdə paylaşmışam. Boşanmış qadının yenidən ailə qurması ayıb deyil. Bunu əlinizdə “bayraq edib” saxlamayın. Niyə yenidən ailə qurmayım!? Həyat yoldaşlarım olub, adım “həci”lərlə hallanmayıb”.     

Qeyd edək ki, müğənni N.Surinin Xosrov, Möhsen və David adlı üç övladı var.

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri