23 
İyn
2020
16:32
26
120
4194
Virtual karabakh

“Avroviziya” seçimində şöhrət qazanan yeni mahnı və klipini təqdim etdi - VİDEO

23 İyn, 2020
16:32
4194

“Avroviziya” seçimində şöhrət qazanan yeni mahnı və klipini təqdim etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avroviziya 2013”ün milli seçimində iştirak etdikdən sonra şöhrət qazanan müğənni Ləman Dadaşovadan xəbər var.

Oxu.Az xəbər verir ki, 2020-ci ildə ifaçı “Avroviziya” Mahnı Müsabiqəsinin milli seçimində özünü sınayıb. 

Bu yaxınlarda L.Dadaşova yeni musiqi layihəsini – “Köz” mahnısını və ona çəkilmiş klipini pərəstişkarlarına təqdim edib. 

Müğənni mahnı haqqında fikirlərini bölüşüb:

“Bu qarışıq zamanda, dünyanı koronavirus pandemiyası əhatə edən dövrdə, düşünürəm ki, hər kəs həyatdan həzz almağa davam etmək, adi şeyləri və məqamları yenidən qiymətləndirmək bacarığını hiss etməlidir. Bəzən saatı geri çevirib ürəklərimizə əziz olan, sevgi hissi ilə dolu bəzi məqamları geri qaytarmaq istəyirik. Əminəm ki, hər kəs bu mahnını özünə görə anlayacaq və yaşayacaq”.

Qeyd edək ki, 2020-ci ilin yay mövsümünün hitlərindən biri olmaq üçün hər şansa sahib olan “Köz” mahnısının musiqisi və sözlərinin müəllifi - Abbas İsmayılov, klipin rejissoru Toğrul Həsənovdur. 

Xüsusi olaraq klip üçün L.Dadaşovanın imicini top stilist Anar Ağakişiyev kökündən dəyişdirib. İdeya müəllifi və layihə rəhbəri Səmra Axundovadır. L.Dadaşova öz komandası ilə tezliklə bir sıra yaradıcı layihələri həyata keçirməyi planlaşdırır. 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri