24 
İyn
2020
10:47
50
217
9768
Virtual karabakh

Lətifə efirdə “pambıqla baş kəsdi”: “Roza “mənəm-mənəmlik” edir, Rəqsanə isə...” - VİDEO

24 İyn, 2020
10:47
9768

Lətifə efirdə “pambıqla baş kəsdi”: “Roza “mənəm-mənəmlik” edir, Rəqsanə isə...” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Lətifə Soyuöz yeni açıqlamaları ilə gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, ATV telekanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olan sənətçi verilişin yaradıcı heyəti tərəfindən hazırlanan və zərflərə yerləşdirilmiş suallara cavab verib.

İlk zərfdən çıxan “Mənə söz atıb” sözlərinə qarşılıq olaraq Lətifə Əməkdar artist Manana Caparidzenin adını məcburiyyət qarşısında söylədiyini bildirib. 

İkinci zərfdən çıxan “Zəif ifaçıdır” sözünü tarzən Humay Qədimovaya aid edən sənətçi fikirlərinə belə davam edib:

“Humay mükəmməl tar ifaçısıdır. Amma müğənni kimi zəifdir”.

Üçüncü zərfdən çıxan “Onu dinləyə bilmərəm” fikirlərinə L.Soyuöz “Həmkarlarımın hamısı yerimdə olsalar, məni başa düşəcəklər. Dostum olsa da, Günel Ələkbərovanın mahnılarını dinləmirəm. Onun yumor hissi yerindədir, ona görə də Günelin adını asan çəkirəm”, - deyə cavab verib.

Dördüncü zərfdə “Başdan ayağa plastik əməliyyatdır” cümləsini oxuyan müğənni rahatlıqla hazırda Moskvada yaşayan və orada ifaçılıq fəaliyyətini davam etdirən sənət yoldaşı Rəqsanə İsmayılovanın adını çəkərək, fikirlərini belə izah edib:

“Rəqsanə xanım hər zaman komplekssiz şəkildə plastik əməliyyat olunduğunu söyləyir”.

Beşinci zərfi açıb, “Heç bir mahnısı yaşamayacaq” cümləsini oxuyan L.Soyuöz bir az düşündükdən sonra monitorda şəkli əks olunan qalmaqallı müğənni Mətanət Əsədovanın adını söyləyərək, bu fikirləri dilə gətirib:

“Mətanət xanım daha çox muğam və xalq mahnıları oxuyur. Öz mahnılarının az olmasına görə Mətanət Əsədova deyirəm. Amma onun muğam ifaları hər zaman yaşayacaq”.

Zərfləri biri-birinə qarışdıran Lətifə Soyuöz sonuncu zərfi tapa bilmədiyindən verilişin aparıcısı Vüsalə Əlizadə müğənninin köməyinə çatıb.

O, yeddinci zərfin içində olan “Mənəm-mənəmlik edir” sözlərinə sənətçidən şərh verməsini istəyib. Lətifə həmkarı Roza Zərgərlinin adını çəkərək, “Zərf” rubrikasını yekunlaşdırıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri