24 
İyn
2020
11:43
39
166
5474
Virtual karabakh

Əməkdar artist mərhum anası barədə: “Adını yaza bilməsə də, çox savadlı idi” - VİDEO

24 İyn, 2020
11:43
5474

Əməkdar artist mərhum anası barədə: “Adını yaza bilməsə də, çox savadlı idi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1991-ci ildə həyat yoldaşım 31 yaşında Cəbrayıl rayonunda şəhid oldu. Tərtər rayonunun “Qırmızı kənd” adlandırılan ərazisində döyüşlərdə 19 yaşlı qardaşımı şəhid verdik. Bir gün sonra isə atəşkəs elan olundu”.

Oxu.Az xəbər verir ki, bunu Əməkdar artist Gülüstan Əliyeva “Xəzər” telekanalında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.

Şəhid olan yaxınlarından söhbət açıb, kövrələn sənətçi bir neçə il əvvəl vəfat edən anası Həmayə xanım barədə danışarkən göz yaşlarına hakim ola bilməyib:

“Günlər var ki, bütün ömürə bəs edir. Acınacaqlı günlər yaşasan da, o anları heç kim əvəz edə bilmir. Həyatımızdan gedən oğullarımız, qardaşlarımız və həyat yoldaşlarımız bu cür insanlardır. Onların gedişi bizim həyatda qalmağımız üçün stimul oldu.

Anam hər zaman deyirdi ki, toyuq gərək yerisin ki, ayağına ip dolaşsın. İnsan gərək hərəkət etsin, addım atsın ki, çörəyini qazana bilsin. Elə gün yox idi ki, anamla danışmayam. Anam adını yaza bilməsə də, çox savadlı idi”.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri