24 
İyn
2020
12:32
92
72
8225
Virtual karabakh

Avtomobil sexi açan Türkiyənin yaraşıqlı aktyoru yarım milyona maşın aldı - FOTO

24 İyn, 2020
12:32
8225

Avtomobil sexi açan Türkiyənin yaraşıqlı aktyoru yarım milyona maşın aldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun “Maslak Oto Sanayi Sitesi”ndə təmir sexi açdığı iddia edilib.

Oxu.Az xəbər verir ki, sexdə köhnə avtomobillər əvvəlki görünüşə qaytarılacaq.

Kıvanç müxtəlif dövr və illərə aid avtomobilləri toplayaraq, həmin sexə təhvil verdiyi bildirilib.

K.Tatlıtuğ təbiətə və avtomobilə olan böyük sevgisi ilə tanınır. Yaraşıqlı aktyorun həm avtomobil, həm də motosiklet kolleksiyası var.

Tatlıtuğun ən böyük hobbilərindən biri də avtomobilləri öz istəyinə uyğun dəyişdirərək, modifikasiya etməsidir.

Kıvanç bahalı kolleksiyasına 1970-ci ilin “Chevrolet Monte Carlo” model avtomobilini də əlavə edib.

Tatlıtuğ retro nəqliyyat vasitəsinə 500 min türk lirəsi (təxminən 124 min manat - red.) pul xərcləyib.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri