25 
İyn
2020
09:53
35
231
7628
Virtual karabakh

Günay Musayevadan etiraf: “Sevgilimi bıçaqladım...”

25 İyn, 2020
09:53
7628

Günay Musayevadan etiraf: “Sevgilimi bıçaqladım...”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sevgilisini bıçaqlamaqda ittiham edilən Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva ifadə verib.

Sabah.com məlumat verir ki, G.Musayeva ilə sevgilisi Taha Tatlıcı arasında martın 19-da münaqişə qeydə alınıb.

Altı yaşlı oğlu qorxub ağlayanda G.Musayeva stolun üstündəki bıçağı götürərək, sevgilisinə hücum edib. Xəstəxanaya yerləşdirilən T.Tatlıcının polisə şikayətinə əsasən Musayeva barəsində cinayət işi başlanıb. Məhkəmənin birinci iclasında iştirak etməyən modelin saxlanılmasına qərar verilib.

İkinci məhkəmədə hakim qarşısına çıxarılan G.Musayeva ifadəsində münaqişə zəminində T.Tatlıcını qolundan yaraladığını, hadisədən sonra barışdıqlarını bildirib.

Məhkəmə növbəti prosesə qədər təxirə salınıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri