27 
İyn
2020
15:38
59
713
5769
Virtual karabakh

Kərim qəzəbləndi: “Müğənni sinəsini böyütdürür, yaxşı edir” - VİDEO

27 İyn, 2020
15:38
5769

Kərim qəzəbləndi: “Müğənni sinəsini böyütdürür, yaxşı edir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hansısa qadın müğənni sinəsini böyütdürür, yaxşı edir. Superdir, gedin, özünüzə baxın”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Show news” proqramına açıqlamasında deyib. 

İfaçı saçına boya qoyub, botoks etdirən sənət adamlarını tənqid edənləri qınayıb:

“Bu mövzular hələ bitməyib? Deyirlər, rəng elə gəldi, botoks belə getdi. Bəsdirin, ayıbdır, nə əlaqəsi var. Kim kimin həyatını yaşayır? Gedin, öz həyatınızı yaşayın. Biri cırıq şalvarı qınayır, o biri deyir, mən kişiyəm. Sizə nə? Ağaran saçlarıma niyə rəng qoymayım? Ağ saçı görmək istəmirəm. 50-55 yaşım olanda saçım ağarar.

Başqasının fikri ilə oturub-durmayacam. Estrada müğənnisiyəm, geyinməliyəm, saçım yerində olmalıdır. Muğam oxuyan yaşlı müğənnilər saçına rəng qoyur. Onların kişiliyində problem var? Sənət adamıyam, kim qınayır, özü bilər. Onlara cavab verəndə, lap çox danışacaqlar”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri