28 
İyn
2020
22:15
620
139
4009
Virtual karabakh

Xalq artisti: “Bu xəstəlik etdiyimiz günahlardır, qabağımıza çıxıb” - VİDEO

ATV-də yayımlanan “Bizimləsən” proqramında qonaq olan Xalq artisti Şamil Süleymanlı qalmaqallı açıqlaması ilə diqqət mərkəzinə düşüb. 

Aktyor bildirib ki, koronavirusun yayılması bizim etdiyimiz günahlar, səhvlərdir ki, qabağımıza çıxıb. 

Aktyor kişilərin görüşərkən öpüşməsini, yas məclislərində baş tutan sövdələşmələri tənqid edib:

“Əgər keçmiş əsərlərdə kişilərin həyatına baxsanız, görərsiz ki, onların görüş yeri teatrlar olub. İndikilərin görüş yeri isə yaslardır. Yasda dost tapırlar, övladına qız bəyənirlər, yaltaqlıq edirlər. Kişi də kişini qucaqlayıb öpər? İndi öp görüm, necədir? Son vaxtlar kişilərin öpüşməsi dəbə düşmüşdü”.

Verilişin aparıcısı Zaur Baxşəliyev aktyorun sözlərinə düzəliş etmək istəsə də, Şamil Süleymanlı fikrindən dönməyib.  

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri