29 
İyn
2020
18:39
47
370
5048
Virtual karabakh

Nazilə Səfərli müğənniləri qınadı: “Toy yoxdursa, efirə niyə çıxım?” - VİDEO

29 İyn, 2020
18:39
5048

Nazilə Səfərli müğənniləri qınadı: “Toy yoxdursa, efirə niyə çıxım?” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur şair Nazilə Səfərli bəzi müğənnilərdən şikayətlənib.

Oxu.Az xəbər verir ki, N.Səfərli ARB telekanalında yayımlanan “Ona qalsa” verlişində toya görə efirə gəlməyən müğənniləri qınayıb:

“Müğənnilər vardı, mənə yalvarırdılar ki, bizi efirə çağır. Amma indi bilirsiniz nə deyirlər? “Toy yoxdursa, efirə niyə çıxım, bir də gedim gözəllik salonuna 60 manat verim, orada saçımı düzəldim, 100 manat verim vizaj etdirim.”

Elə kişi müğənnilər də eyni şeyi deyir. Onlar da fikirləşir ki, bərbər bunlara xüsusi xidmət etməlidir, saçına jele vuran var, lak vuran var, tərz edən var.

Sən demə, ağ üzlə qara üzün bəlli olan vaxtı imiş, sən demə, illərdir xalqa sənət nümayiş etdirirəm deyib, don geyinən bəzi sənətkarlar xalqın toyları üçün çalışırmış, xalqın gözündən pərdə asırmışlar. Bu mənə çox acı gəlir. “Mən xalqım üçün xidmət edirəm” deyən insanlar, xalq sizi gözləyir ekran qarşısında. Siz isə deyirsiniz ki, toy yoxdursa, niyə çıxım. Bu zamanda xalqın qarşısına çıxmasanız, karantin zamanı kefini kök etməsəniz, toy zamanı da siz onlara lazım olmayacaqsınız”, - deyə, N.Səfərli bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri