İyl
2020
10:30
57
262
2822
Virtual karabakh

“Pantene Altın Kelebek” mükafatı fərqli formatda təqdim edildi

46-cı “Pantene Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi 5 iyul tarixində yeni formatda baş tutub.

COVID-19 səbəbilə təxirə salınan mükafatlandırma mərasimi yeni dövrə uyğun konsepti ilə tamaşaçılara yayın ən parlaq gecəsini yaşadıb. Gecədə mükafat qazanan məşhurlar elan edildikdən sonra onlarla əlaqə saxlanılıb, gecə onların çıxışları və möhtəşəm performanslarla yadda qalıb. 

Qeyd edək ki, “Pantene Altın Kelebek” mükafatlarında artıq üçüncü dəfədir ki, Azərbaycan üçün xüsusi kateqoriya ayrılır. Bu il də səkkiz məşhur: Azad Şabanov, Elçin Cəfərov, Gülay Zeynallı, Nura Suri, Oksana Rəsulova, Pərvin Abiyeva, Röya Ayxan və Sevda Yəhyayeva “Azərbaycanın Ən Parlaq Ulduzu” nominasiyası üzrə namizəd olublar.

Azərbaycanlı izləyicilərin verdiyi səslər nəticəsində “Pantene Altın Kelebek” mükafatının qalibi Röya Ayxan seçilib. İkinci dəfə “Altın Kelebek”ə layiq görülən ifaçı mükafatını pandemiya səbəbilə itirdiyi sənətçi dostlarına həsr etdiyini bildirib.

Xalq artisti xüsusi olaraq hazırladığı repertuarı ilə mükafatlandırma gecəsinə rəng qatıb. “Bu yay sənin yayın” konsepti ilə tamaşaçılara ilham verən gecədə istedad və uğurları ilə seçilən məşhurlar qazandıqları mükafatları ilə yaya güclü başlanğıc ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri