Müğənni Rəsul Əfəndiyev yeni fotosessiyasını təqdim edib - FOTO
Müğənni Rəsul Əfəndiyev yeni fotosessiyasını təqdim edib - FOTO
Müğənni Rəsul Əfəndiyev yeni fotosessiyasını təqdim edib.
Sənətçi fərqli obrazda fotoqraf Toğrul Qurbanovun kamerasının qarşısına keçib.
R.Əfəndiyev at sürmək arzusunu fotolayihə ilə həyata keçirdiyini bildirib:
“Birdən elə bilərsiniz ki, bu, İndiana Consun macəralarıdır, elə deyil! At sürməyi öyrənmək çoxdan arzum idi. Dünyanın ən vəfalı heyvanlarından biri olan atla hər zaman dostluğa can atmışam. Lakin işlər imkan vermirdi. Karantin dövründə yaranan fürsətdən istifadə edərək, bu arzumu reallaşdırdım. Atla dostluğumuzu da tarixə həkk etdiyi üçün yaradıcı qrupumuza təşəkkürlər”.
Qeyd edək ki, Rəsulun obrazı üzərində stilist Leyli Məmmədova çalışıb, qrimini isə Elnur Talıbov həyata keçirib. Layihənin prodüseri Azər Kərimovdur.