İyl
2020
16:09
76
619
10664
Virtual karabakh

Pərvin Abıyeva: “Kişi axtarmıram” - VİDEO

Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ona ünvanlanan suallara cavab verib.

Oxu.Az xəbər verir ki, qalmaqallı açıqlamaları ilə seçilən aktrisa bu dəfə kişilərdən danışıb.

O, ünvanına yazılan “Azərbaycanda kişilərin 90 faizi sizi arzulayır” sözlərinə belə reaksiya verib:

“Gözəl vurğuladınız, kişi axtarmıram. Ətrafımda yetərincə kişi var: istər kasıb, istər pullu. Belə bir məqamda seçim ancaq mənə düşür. Mən onları seçə bilərəm, onlar məni yox. Ona görə də bu cür cümlələr qurmayın: “Özünə kişi sponsor axtarır”. 

İnanın ki, bu, mənim üçün iki vur ikidir. Münasibətdə olduğum heç bir oğlan deyə bilməz ki, Pərvin mənimlə pula görə bir yerdə olub, ona nəsə etmişəm, pul xərcləmişəm. Buna başımla cavabdehəm. Kənardan elə görünür ki, Pərvin oğlanla ancaq puluna görə bir yerdədir”.

Özündənrazı olması ilə bağlı deyilən fikirlərə aktrisa belə münasibət bildirib:

“Bunun üçün səbəblərim çoxdur. Allah bir insana lazım olan hər şeyi mənə verib, əsirgəməyib: gözüm, ağzım, burnum, qaşım yerindədir. Niyə də özümdənrazı olmayım?”

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri