10 
İyl
2020
01:22
70
124
7266
Virtual karabakh

45 yaşlı aktrisa hər zaman gözəl görünməsinin sirrini bölüşdü - FOTO

Amerikalı aktrisa və model Drü Berrimor 20 yaşından bəri qoruduğu gözəl bədən quruluşunun sirrini açıqlayıb.

Hollivud ulduzunun müsahibəsi “InStyle” nəşrinin yeni nömrəsində dərc olunub.

45 yaşlı aktrisa cazibədar görünüşünü qorumaq üçün həftədə dörd gün pilateslə məşğul olduğunu bildirib. O, həmçinin kalorili yeməklərdən çəkindiyini qeyd edib.

“Bədənimin avtobus boyda olmaması üçün ciddi-cəhdlə çalışıram”, - deyən model xarici görünüşünə görə heç zaman utanc hissi keçirmədiyini də vurğulayıb.

D.Berrimor bildirib ki, gözəl bədən quruluşu iki uşağı üçün yaxşı ana olmasına kömək edir.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri