16 
İyl
2020
22:40
994
57
10129
Virtual karabakh

Məşhur azərbaycanlı müğənni: “Vətənimlə fəxr edirəm” - FOTO

16 İyl, 2020
22:40
10129

Məşhur azərbaycanlı müğənni: “Vətənimlə fəxr edirəm” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada yaşayan azərbaycanlı müğənni, Jony kimi tanınan Cahid Hüseynli son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizlə bağlı paylaşım edib. 

Oxu.Az xəbər verir ki, o, “Instagram” hesabında şəhidlərimizin fotolarını paylaşaraq, bu fikirləri yazıb:

“Vətənində belə şeylər olanda susmaq mümkün deyil...

Siyasətin yaradıcılıqla heç bir əlaqəsi yoxdur. 

Mən yaralı qəlblərin müalicəsi üçün mahnılar yaradıram və bunlar hansı dildə oxuduğumu başa düşməyənlərə belə təsir edə bilər.

Ancaq mən azərbaycanlıyam. 

Bu mənim Vətənimdir.

Mən onunla fəxr edirəm.

Və Vətənim uğrunda yerlilərimin, qardaşlarımın həlak olmasına baxmaq mənim üçün ağrılıdır.

Mən bütün şəhidlərimizin və qəhrəmanlarımızın ailələrinə başsağlığı verirəm! Allah rəhmət eləsin...”

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Невозможно молчать, когда на родине творится такое... Политика никак не связана с творчеством. Я создаю песни для лечения душевных ран, и они могут затронуть человека, который даже не знает языка, на котором я пою. Но я Азербайджанец Это моя Родина Я горжусь этим И мне больно смотреть как гибнут мои земляки, братья, за родину.. Я выражаю соболезнования семьям всех погибших шехидов и героев! Allah rehmet elesin...

Публикация от JONY (@jony.me)

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri