17 
İyl
2020
01:05
741
55
8157
Virtual karabakh

Rauf & Faik: “Azərbaycanlı olduğumuz üçün həmişə fəxr edirik” - FOTO

17 İyl, 2020
01:05
8157

Rauf & Faik: “Azərbaycanlı olduğumuz üçün həmişə fəxr edirik” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MDB ölkələrində məşhur olan Azərbaycan əsilli əkiz müğənni qardaşlar Rauf və Faiq Mirzoyev (Rauf & Faik) son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizin fotosunu paylaşımlar.

Oxu.Az xəbər verir ki, onların rəsmi “Instagram” hesabında paylaşdıqları fotoya bu şərhi yazıblar: 

“Allah, onları hesabatsız qəbul et...

Biz azərbaycanlılarıq və bununla həmişə fəxr etmişik. 

Bizim yaradıcılığımız siyasətdən kənardır. 

Biz Vətənimizi və ölkəmizi sevirik, bütün dünyada yalnız sülh istəyirik.

Vətənimizə və ölkəmizə görə susa bilmərik.

Xahiş edirik, hərbi əməliyyatları dayandırın, biz sülhün tərəfdarıyıq”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri