23 
İyl
2020
05:23
30
277
12006
Virtual karabakh

Amerikalı repçi Maykl Ceksonun qətlə yetirildiyini ağzından qaçırdı - FOTO

23 İyl, 2020
05:23
12006

Amerikalı repçi Maykl Ceksonun qətlə yetirildiyini ağzından qaçırdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Repçi Kanye Uest “pop kralı” Maykl Ceksonun öldürüldüyünü bildirib.

“Daily Mail”in məlumatına görə, o, bu barədə “Twitter” hesabında qayınanası Kris Cennerlə onlayn müsahibə zamanı bildirib.

Hip-hop ifaçısı M.Ceksonun “öldürülməzdən əvvəl” ona “Sony”nin sabiq top-meneceri Tommi Mottola barədə danışdığını deyib. Onun sözlərinə görə, Cekson 2001-ci ildə “Invincible” üçün layiqli reklam kampaniyası təşkil etməyən Mottolanı “şeytani irqçi” adlandırıb.

K.Uest az sonra tvitini silib.

Qeyd edək ki, repçi bundan əvvəl arvadı Kim Kardaşyanı onu psixi dispanserə salmaq istəməkdə ittiham etmişdi.

“Pop kralı” kimi tanınan Maykl Cekson 2009-cu ildə 50 yaşında vəfat edib. Onun ölüm səbəbi kimi müalicə edən həkimin verdiyi dərman kombinasiyasından ürəyinin dayanması göstərilib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri