30 
İyl
2020
13:51
35
241
7853
Virtual karabakh

Rusiyada arvadı repçini doğrayıb günlərlə soyuducuda saxladı

30 İyl, 2020
13:51
7853

Rusiyada arvadı repçini doğrayıb günlərlə soyuducuda saxladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynalı repçi Endi Kartraytın (Aleksandr Yuşko) cəsədinin hissələri bir neçə gün Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində qalıb.

“Fontanka” xəbər verir ki, “Versus Battle” qrupunun iştirakçısı, reper Endi Kartraytın meyitinin parçalanmış qalıqları Nevski prospektində mənzildə tapılıb. İlkin versiyaya görə, o, narkotikin həddən artıq dozada qəbulundan ölüb.

İyulun 29-da mərhum repçinin həyat yoldaşının vəkili polisə zəng edib. O bildirib ki, musiqiçinin 36 yaşlı arvadı dörd gün əvvəl həddən artıq dozada narkotik qəbulundan ölən ərinin cəsədini gizlətmək istəyib.

Buna görə cəsədi parçalayaraq, hissələrə ayıran qadın sonradan nə edəcəyini bilməyib.

Həqiqətən də, mənzildə insan bədəninin qalıqları tapılıb: soyuducuda mərhumun bədən hissələri olan beş paket olub. Qadın tutulub.

Mənzildən sübut kimi bıçaq, çəkic, çəngəl, kəsici lövhə götürülüb.

Qadın törətdiyi əməli həyat yoldaşının bu cür ölümünü qəbul etməməsi ilə əsaslandırıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri