Bella Hadiddən Beyruta dəstək mesajı - VİDEO
Bella Hadiddən Beyruta dəstək mesajı - VİDEO
Amerikalı supermodel Bella Hadid Beyrutda dağıdılmış evlərdən birinin görüntülərini paylaşıb.
Oxu.Az xəbər verir ki, o, “İnstagram” hesabından paylaşım edərək hisslərini izləyiciləri ilə bölüşüb.
Görüntülərdə yaşlı bir qadının fortepianoda ifa elədiyi əks olunur. Onun olduğu otaq partlayış nəticəsində dağılıb.
“Gözlərim və ürəyim sənin üçün ağlayır, Livan. Çox təəssüf edirəm ki, belə bir fəlakətlə üzləşmisiniz, bacı və qardaşlarım. Livan Qırmızı Xaç cəmiyyətinə və bütün kiçik təşkilatlara (postdakı son slaydda göstərilənlərə) yardımlar göndərəcəm. Bu partlayış Livanı tarixinin ən çətin dövrlərindən birinə daha da yaxınlaşdırır”, - deyə model yazıb.
Hadid ölkələri Livana humanitar yardım göndərməyə çağırıb.
Qeyd edək ki, avqustun 4-də Livanın Beyrut dəniz limanının ərazisində partlayış baş verib. Buna səbəb altı ildir anbarda saxlanılan 2750 ton müsadirə edilmiş ammonium nitratının partlaması olub.
Nəticədə yüzdən çox insan ölüb, dörd mindən çox insan yaralanıb, azı 300 min insan evsiz qalıb.