12 
Avq
2020
14:08
137
32
2711
Virtual karabakh

“Qaya” “Hollywood”un ən çox qazanan aktyoru seçildi

Dueyn Conson ötən il olduğu kimi, bu il də “Hollywood”un ən çox qazanan aktyoru olub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

2020-ci ilin iyun ayına olan nəticələrə əsasən, 87.5 milyon dollar qazanan Dueyn Consonu siyahıda Rayan Reynolds (71.5 milyon dollar) və Mark Uolberq (58 milyon dollar) izləyib.

“Qaya” ləqəbli Dueyn Conson hələ izləyicilərin qarşısına çıxmayan “Netflix” filmi “Red Notice”dən 23.5 milyon dollar qazanıb.

Qeyd edək ki, D.Conson ötən il də “Hollywood”un ən çox qazanan aktyoru olmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri