Sen
2020
04:47
49
75
4260
Virtual karabakh

Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi

9 Sen, 2020
04:47
4260

Teylor Svift Uitni Hyustonun rekordunu təzələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı kantri-pop-musiqiçisi Teylor Svift Uitni Hyustonun nüfuzlu “Billboard 200” hit-paradındakı uğurunu təkrarlayaraq tarixdə ən çox dinlənilən qadınlarından biri oldu.

Bu barədə “Billboard” xəbər verir.

Bildirilir ki, müğənninin iyul ayının sonunda çıxan “Folklore” albomu altıncı həftədir ilk sıralarda yer alıb. Ümumilikdə Sviftin mahnıları artıq 46-cı həftədir ki, “Billboard 200”ün zirvəsində qərar tutub.

Eyni nəticəni 2012-ci ildə vəfat edən amerikalı müğənni Uitni Hyuston da göstərmişdi. Onun dörd albomu “Billboard 200”də birinci olub: debüt “Whitney Houston” (1986-cı ildə 14 həftə), “Whitney” (1987-də 11 həftə), “The Bodyguard” soundtreki (1992-1993-cü illərdə 20 həftə) və “I Look to You”  (2009-cu ildə bir həftə)).

Dünyanın ən çox dinlənilən musiqiçiləri siyahısında Svift və Hyustondan sonra Adel gəlir. Onun “21” (2011-2012-ci illərdə 24 həftə) və “25” (2015-2016-cı illərdə 10 həftə) albomları 34 həftə zirvədə qalıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri