11 
Sen
2020
15:34
87
244
17816
Virtual karabakh

Məşhur müğənni yeni görüntülərinə görə tənqid olundu - FOTO

11 Sen, 2020
15:34
17816

Məşhur müğənni yeni görüntülərinə görə tənqid olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur britaniyalı müğənni və model Dua Lipa çimərlik geyimində yeni fotolarını paylaşıb. Lakin onun görüntüləri sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub.

Lenta.ru-nun məlumatına görə, kadrlar onun “Instagram” hesabında dərc olunub.

Şəkillərdə 25 yaşlı müğənni fotoların birində narıncı rəngli çimərlik geyimində və sarı gün eynəyində poz verir. Digər fotoda isə Lipa rəfiqəsi ilə hovuzdadır.

Qeyd edək ki, məşhur müğənni hazırda Kaliforniyada dostları ilə istirahətdədir.

“Əla zamandır”, - deyə o, şəkillərə şərh yazıb.

Lakin fotolar gözlənilən reaksiyanı doğurmayıb. Belə ki, sosial şəbəkə istifadəçiləri  koronavirus pandemiyası dövründə təhlükəsizlik tədbirlərinin riayət olunmamasına görə, müğənnini qınayıblar.

“Mən istərdim ki, insanlar evlərində qalsınlar”, “Bəlkə pandemiya dövründə az gəzəsən?”, “COVID-19!”, “Uşaqlar, son altı ayda pandemiyanın episentrində olduğumuzu unutmusunuz”, - kimi sözlərlə istifadəçilər məşhur müğənnini tənqid atəşinə tutublar.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri