15 
Sen
2020
01:15
50
39
6006
Virtual karabakh

Bredd Pittin sevgilisinin əri ilə bağlı maraqlı açıqlama – FOTO

15 Sen, 2020
01:15
6006

Bredd Pittin sevgilisinin əri ilə bağlı maraqlı açıqlama – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqust ayının sonunda Hollivud ulduzu Bred Pittin yeni sevgilisinin olduğu ortaya çıxdı. Məlum oldu ki, aktyor təxminən bir ildir Polşa əsilli alman model 27 yaşlı Nikol Poturalski ilə görüşür.

Nikolun ərdə olması isə sensasiya effekti yaratmışdı.

“Daily Mail”in verdiyi məlumata görə, cazibədar model hələ də restorator Roland Meri ilə evlidir.

“Onlar hələ də evlidirlər, lakin onların münasibətlərini “azad nikah” kimi qiymətləndirmək olar. Ronald bir neçə dəfə evli olub, onun beş uşağı var. O, bu məsələni çox rahat qarşılayır və heç bir qısqanclıq hissi keçirmir”, - deyə insayder bildirir.

Qeyd edək ki, Nikol və Roland səkkiz ildir evlidirlər, onların yeddi yaşlı oğulları var.

Daha böyük marağı isə Rolandın Berlində yerləşən “Borchardt” restoranında təqdim olunan menyunun fotosu doğurub. Belə ki, müəssisə öz müştərilərinə Bred Pitt və Ancelina Colinin istehsal etdiyi “Château Miraval Rosé Provence” şərabını təklif edir.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri