14 
Sen
2020
18:28
23
225
7955
Virtual karabakh

Məşhurlar yeni trendə başlayıblar - FOTO

14 Sen, 2020
18:28
7955

Məşhurlar yeni trendə başlayıblar - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhurlar yeni dar kostyumla dəbli trendə başlayıblar.

Bu barədə “The Sun” xəbər yayıb.

Söhbət fransız dizayner Marin Serrin laykra materialından hazırladığı ay printli kombinezondan gedir.

Aypara - qadın qüvvəsini bildirir: Yunan mifologiyasında İlahə Artemida (heyvanların, bitkilərin və uşaqların himayəçisi) bu formada tac daşıyıb. Bununla əlaqədar olaraq aypara printi feminizm simvolu sayılır.

Pop-ifaçı Beyons sözügedən geyimdə “Already” klipində iştirak edib. Qeyd edək ki, həmin musiqinin bir sətrində - “Kral ol və digərlərinin sənin həyatını idarə etməsinə imkan vermə”, - deyilir.

Müğənni Adel öz növbəsində Beyonsun şəklinin yaxınlığında həmin parçadan tikilən kostyumda şəkil çəkdirərək feminist ideyalarını yaymasına görə ifaçıya təşəkkür edib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri