17 
Sen
2020
00:10
64
111
2421
Virtual karabakh

Halil Sezai üsyan edən qonşusunu döydüyü üçün saxlanıldı

17 Sen, 2020
00:10
2421

Halil Sezai üsyan edən qonşusunu döydüyü üçün saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin tanınmış müğənnisi və aktyoru Halil Sezainin film çəkilişlərinə mane olan qonşusunu döydüyü və hədələdiyi idda edilib. Bundan sonra o, saxlanılıb.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Məlumata görə, Halil Sezai və tanınmış rejissor Aytac Ağırlar İstanbulda film çəkilişi üçün villa kirayələyiblər. Ancaq dörd villadan ibarət kompleksdə yaşayan Hüseyn Meriç və Mesih Meriç buna razı olmayıb. Bu səbəbdən onların arasında aprel ayından bəri mübahisə davam edir.

Sonda Halil Sezai yanında iki nəfərlə Hüseyn Meriçin evinə gedib. İddiaya görə, Halil Sezai və yanındakılar Meriçi döyüb və hədələyib. Bundan sonra Meriç polisə şikayət edib.

Hadisə ilə bağlı istintaqa başlanılıb. Şikayətdən sonra saxlanılan Halil Sezai və yanındakı şəxslər ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri