25 
Sen
2020
14:45
67
333
9557
Virtual karabakh

Yaşar Nurinin qızı: “Hələ qudurmamışam ki, restoran açım”

25 Sen, 2020
14:45
9557

Yaşar Nurinin qızı: “Hələ qudurmamışam ki, restoran açım”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pandemiya dövrü bir çox sahələri zəiflətdiyi kimi, toy və şou proqramlardan pul qazanan sənət nümayəndələrindən də yan keçmədi, onların konsertləri, əsas gəlir yerləri olan toy şənlikləri ləğv olundu. 

Dəbdəbəli həyat tərzi sürməyə öyrəşmiş şou-biznes nümayəndələri pandemiyanın maddi durumlarına etdiyi mənfi təsirlərdən gileylənməyə başladılar. Evlərini, maşınlarını satışa çıxaranlar kim, yeni biznes qurmağa cəhd edənlər kim…

Yenisabah.az-a danışan mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Yaşarqızı pandemiya dövründə bütün sənət adamları kimi çətinlik çəkdiyini deyib:

“Məndə vəziyyət o qədər də yaxşı deyil, bütün müğənnilər necədirsə, mən də eləyəm. Hazırda heç kəsdə vəziyyət yaxşı deyil, amma yaxşı dostlar sağ olsun. Onların dəstəyi ilə birtəhər yaşaya bilirəm. Əlavə gəlir yerim, şəxsi biznesim yoxdur. Çox adam restoranla bağlı suallar verir, ora mənim dostumun məkanıdır. Mən sadəcə orada art-direktor və menecerəm. Mənim o boyda pulum yoxdur ki, özümə restoran açım, o qədər qudurmamışam”.

Müğənni maddi çətinlikləri olsa da, evini, maşınını satışa çıxarmadığını bildirib:

“Pandemiya elə bir dövrdür ki, hamı çətinlik çəkir. Kim deyirsə, “mən əla dolanmışam” inanmıram. Ola bilər ki, kiminsə ehtiyatda pulu olub, bu, başqa şeydir. Amma ümumi danışsaq, hamıda vəziyyət pisdir. Hələ ki, heç nəyimi satışa çıxarmamışam, satmaq fikrim yoxdur. Gələcəkdə vəziyyət pisləşsə, bəlkə mən də sataram, bilmirəm”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri