Okt
2020
10:17
113
458
14295
Virtual karabakh

Məşhur model ölümcül qəza törətdi - VİDEO

6 Okt, 2020
10:17
14295

Məşhur model ölümcül qəza törətdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur rusiyalı model Viktoriya Korotkova Moskvada maşını ilə piyadanı vurub. Yaralı kişi təcili yardım gələnə kimi ölüb.

Bu barədə “112” “Telegram” kanalı kadrları təqdim edib.

İlkin məlumatlara görə, kişi yolu səhv yerdən keçib və qadın onu görməyib.

Şahidlərin sözlərinə görə, qorxunc hadisədən sonra model şok yaşayıb və ağzı söz tutmayıb. Bundan sonra isə isterik vəziyyət yaşayıb.

Güclü zərbədən sonra təhlükəsizlik yastıqları açılsa da, sükan arxasında olan model beyin sarsıntısı keçirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri