Noy
2020
01:08
91
931
7988
Virtual karabakh

Qarabağ həqiqətləri ilə bağlı müraciətindən sonra Dilarə Kazımova ermənilərin kiberhücumuna məruz qaldı

7 Noy, 2020
01:08
7988

Qarabağ həqiqətləri ilə bağlı müraciətindən sonra Dilarə Kazımova ermənilərin kiberhücumuna məruz qaldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaricdə yaşayan pərəstişakarlarına ingilis dilində Qarabağ həqiqətləri ilə bağlı müraciətindən sonra “Eurovision 2014” müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Dilarə Kazımova çox sayda təhqir və hədə-qorxu mesajları alıb.

Oxu.Az-ın məlumatına görə, buna məhəl qoymayan müğənni vətənpərvərlik ruhunda olan mahnılarını paylaşmaqda davam edib.

Bundan sonra, ermənipərəst qüvvələrin kiberhücumu nəticəsində D.Kazımovanın “YouTube” kanalı bağlanıb. Sosial şəbəkələrdə isə ermənilər azərbaycanlı müğənninin rəsmi hesablarını bağlatdırmağa nail ola bilməyiblər.

“YouTube” administrasiyası kanalın bağlanmasını paylaşımlarda hədə-qorxu və zorakılığın təbliği ilə əsaslandırıb. Halbuki, kanalda heç vaxt qeyd edilən xüsusiyyətləri daşıyan video və çağırış yerləşdirilməyib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri