28 
Dek
2020
17:48
102
302
11884
Virtual karabakh

Model özbəklərlə qazaxları bir-birinə vurdu, 1,5 milyon bəyənmə aldı - FOTO

28 Dek, 2020
17:48
11884

Model özbəklərlə qazaxları bir-birinə vurdu, 1,5 milyon bəyənmə aldı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldunun nişanlısı, model Corcina Rodriqez əl işi olan geyimdə fotosunu yayımlayıb. Onun bu paylaşımı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Bu barədə Lenta.ru xəbər yayıb.

Şəkildə model mavi kombinezonda və qızıl rəngli mavi məxmər paltoda əks olunub.

Əvvəlcə Rodriqez paltonun Qazaxıstanda istehsal olunduğunu qeyd etmişdi. Bununla əlaqədar olaraq, postun altından qazaxlardan çoxlu müsbət şərhlər yazıldı.

Lakin qısa müddət sonra model fotonun altındakı şərhini dəyişdi: məlum oldu ki, geyim Özbəkistanda tikilib. Bu dəfə də Özbəkistandan olan pərəstişkarları ona tərif yazmağa başladılar. Qazaxlar isə modeli tənqid etdilər və əvvəllər yazılmış şərhləri silməyə başladılar.

Cazibədar modelin bu paylaşımı 1,5 milyondan artıq bəyənmə, 30 mindən artıq şərh alıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri