21 
Yan
2021
12:42
426
60
4904
Virtual karabakh

Azərbaycanlı ifaçı "PowerTürk Müzik" mükafatına namizəddir

21 Yan, 2021
12:42
4904

Azərbaycanlı ifaçı "PowerTürk Müzik" mükafatına namizəddir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc azərbaycanlı ifaçı Nahidə Babaşlı Türkiyənin populyar müğənnilərilə yanaşı nüfuzlu “PowerTürk Müzik” mükafatına namizəddir.

Bu barədə musiqiçi özü “Sputnik Azərbaycan”a məlumat verib.

“PowerTürk Müzik”ə builki namizədlər arasında Murad Boz, Kənan Doğulu, Alyona Tilki, Sinan Akçil, Sərtab Ərənər, Hande Yenər kimi ulduz isimlər var. N.Babaşlı “Gənc ifaçılar arasında ilin uğuru” nominasiyasında qalib ola bilər.

Hazırda ifaçı Bakı ali məktəblərinin birində təhsil alır. Təhsildən əlavə o, gitarada ifa edir və mahnı oxuyur. 

Qeyd edək ki, musiqiçi müxtəlif dillərdə və janrlarda mahnılar ifa edir. O, qardaş ölkə televiziyasında efirə gedən bir çox verilişlərə qatılıb.  

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri