25 
Yan
2021
12:12
232
48
3596
Virtual karabakh

Samirə “Eurovision”da zəfər mesajı verəcək

25 Yan, 2021
12:12
3596

Samirə “Eurovision”da zəfər mesajı verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndi üçün səkkiz mahnı seçilib.

Bu barədə “İnfe Azerbaijan” məlumat yayıb. Qeyd olunub ki, sözügedən bəstələrdən biri “focus group” tərəfindən seçiləcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata əsasən, Samirə bu dəfə fərqli tərzdə tamaşaçı qarşısına çıxacaq. İddia olunur ki, Əfəndi “Eurovision” səhnəsində ballada ifa edəcək. Çıxış zamanı Azərbaycanın Ermənistan üzərindəki qalibiyyəti nəzərə alınaraq zəfərlə bağlı ifadələrə üstünlük veriləcək. 

Xatırladaq ki, bir neçə gün əvvəl İTV müsabiqə üçün mahnı qəbulunu fevralın 1-nə qədər uzadıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri