17 
Fev
2021
15:06
49
263
4766
Virtual karabakh

Toyda Fərdanı niyə öldürmək istədilər? “Bıçaq gözümü parçalayacaqdı” – VİDEO

17 Fev, 2021
15:06
4766

Toyda Fərdanı niyə öldürmək istədilər? “Bıçaq gözümü parçalayacaqdı” – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı aktyor Fərda Xudaverdiyev olub.

Tanınmış aktyor idarə etdiyi toyda bıçaqlı hücuma məruz qaldığını deyib:

“İmkanlı insanların toy mərasimi idi. Müğənnilər çox olduğu üçün siyahı ilə çağırırdım. Hər kəsin öz vaxtı var idi. Orta yaşlı biri məni əllə yanına çağırıb dedi ki, mənə söz ver, oxuyum. Dedim ki, siyahıda adınız yoxdur, toy sahibinə deyin. Dedi ki, indi sən mənə söz vermirsən? Sonra stoldan qalxıb getdi. Bir neçə saatdan sonra yenidən qayıtdı. Gəlib əlini boynuma atdı, özünə tərəf çəkib yenidən hədələməyə başladı. Onu itələyib özümdən araladım. Məni mətbəxə çağırdı. Ora çatmamış dəhlizdə bir anlıq başımı çevirib geri dönəndə bıçaq üzümdən keçdi. Bir saniyə ilə hadisədən yayındım, yoxsa bıçaq gözümü parçalayacaqdı. Həmin dəqiqə ofisiantlar gəlib ayırdı. Həmin şəxs sonradan üzr istədi”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri