18 
Fev
2021
15:48
348
329
4909
Virtual karabakh

Əməkdar artist: “Pul qazanan kişinin xəyanətini bağışlamalısan” - VİDEO

18 Fev, 2021
15:48
4909

Əməkdar artist: “Pul qazanan kişinin xəyanətini bağışlamalısan” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birinci yeməyi özüm yeyib, sonra kişiyə vermişəm. Çünki özümü çox istəyirəm, əzəldən belədir. Qadın çox zəhmətkeşdir: övlad saxlayır, pul qazanır. Özümə hörmət etməsəm, heç kim mənə hörmət etməz. Hər bir insan öz yerini bilməlidir. Kiməsə lazım olandan çox dəyər verəndə şişir. Fikirləşmir ki, hörmət edirsən”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "Günün sədası" proqramında deyib. Qarmon ifaçısı kişi-qadın münasibətlərindən danışıb. O, kişi xəyanətini dəstəklədiyini bildirib:

“Pul qazanan kişi başqadı. Qadın ona daim qulluq etməlidir. Bir qadın bazara getmir, qiymət bilmirsə başqadır. Kişi əlidolu gəlib, qapını təpiklə vurub içəri girirsə, onun başına dolanaram, ayağını da yuyaram. Qadın evinin qulluqçusu olmalıdır. Mənə qarşı diqqəti varsa, başıma dolanırsa, niyə ona qulluq etməyim? Düz danışıram.

Atam qazanırdı, anam ev xanımı olub. 52 yaşında rəhmətə gedib. Anam o günədək bazara getməyib. O, çörəyin qiymətini bilmirdi. Bazarlığa gedəndə çörəyin qiymətini soruşub, sonra ağlayıb. Deyib ki, bu yaşadək çörəyin qiymətini bilməmişəm. Ona belə kişi qulluq edib. Razıyam, bu cür kişilər gedib xəyanət etsinlər. Mənə qəbuldur. Onsuz əvvəl-axır evinə qayıdacaq. Səni ər əl üstündə saxlayırsa, xəyanətini bağışlamalısan”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri