19 
Fev
2021
01:56
62
97
10102
Virtual karabakh

Məşhur aktyor Monika Belluçidən olan qızının son şəklinə münasibət bildirdi - FOTO

19 Fev, 2021
01:56
10102

Məşhur aktyor Monika Belluçidən olan qızının son şəklinə münasibət bildirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

54 yaşlı fransalı aktyor Vensan Kasel qızı Deva ilə qürur duyduğunu bildirib.

Qeyd edək ki, anası Monika Belluçinin izi ilə gedən 16 yaşlı qız moda dünyasını fəth etməyə davam edir. Gənc model “Harpers Bazaar”ın ispan versiyasının yeni nömrəsi üçün çəkilişlərdə iştirak edib.

Onun bu işi pərəstişkarları tərəfindən yüksək qiymətləndirilib. Bir çoxları onun moda dünyasında bir çox ulduzları geridə qoyacağına əminliklərini bildiriblər.

“Gözəl və incə”, “Bir azdan başqa modellərin varlığını unudacağıq”, “Çox qeyri-adi çəkilib, əla görünürsən”, “Gənc qızdan seksual obyekt edilməməsi gözəldir”, - kimi şərhlər yazılıb.

Vensan da öz şərhini yazıb. Aktyor bunu çox nadir hallarda edir, ona görə dərhal diqqət çəkib. O, öz qızı ilə fəxr etdiyini göstərmək üçün “Devaaa, sən alovsan”, - deyə yazıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri