19 
Fev
2021
16:06
82
400
8730
Virtual karabakh

Aynişan: “Sevgini yalan, nankorluq və xəyanət bitirir”

19 Fev, 2021
16:06
8730

Aynişan: “Sevgini yalan, nankorluq və xəyanət bitirir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırıb.

Axşam.az xəbər verir ki, bir müddət əvvəl boşanma xəbəri ilə gündəmə gələn Aynişan “Sizi sıxışdıran suallar verən insanlara qarşı münasibətiniz necədir?” sözlərinə “Məni kimsə sualları ilə sıxışdıra bilməz. İstəmədiyim suala cavab vermirəm”, - deyə qeyd edib.

Bloqer daha sonra “Artıq məndə darıxma hissi yoxdur. Güclü olmaq yaxşıdır, amma belə olmaq üçün insan çox əziyyət çəkməli olur. Heç kim xoş günündən güclü olmur. Çətinlik bizi güclü edir. Kaş ki, hamı güclü deyil, xoşbəxt olsa”, - deyə sözlərinə əlavə edib.

Aynişan evliliyi bitirən amilləri sadalayıb. “Sevgini evlilik bitirmir. Sevgini güvənsizlik, yalanlar, nankorluq və xəyanət bitirir” sözlərini söyləyib.

“Ayrılan qadın qisas hissi ilə yaşayır” fikrinə bloqqer “Ortada sevgi varsa, məncə, ola bilər. Əks halda, heç vecinə də deyil” deyərək fikrini tamamlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri