22 
Fev
2021
12:12
35
271
7853
Virtual karabakh

Əməkdar artistdən həyat yoldaşına sərt sözlər: “Anamın sayəsində kişi olmusan!” - VİDEO

22 Fev, 2021
12:12
7853

Əməkdar artistdən həyat yoldaşına sərt sözlər: “Anamın sayəsində kişi olmusan!” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı əməkdar artist, məşhur qarmon ifaçısı Gövhər Rzayeva olub. 

Sənətçi keçmiş həyat yoldaşı haqqında maraqlı faktlar açıqlayıb: 

“Yeddi ay nişanlı qaldım. Toyum oldu. İkimiz də fərqli mühitlərdə böyüyən insanlar idik. Evimizdə hər gün dava idi. Evlənəndən sonra işə də getmədi. Fikirləşdim ki, ailəyik, biri qazananda biri qazanmaz. Ona deyirdim ki, mən qazanıb gətirirəm, sən də evdən muğayat ol. Amma bu adam başqa cür idi. Onun əlindən boğaza yığılmışam. Mən toya, pul gətirməyə gedirəm, bəs sən gecə 2-də, 3-də haradan gəlirsən? Ona deyirdim ki, anamın sayəsində kişi olmusan. Yoxsa bir gün də səninlə qalmazdım. Toyumuzdan bir həftə sonra anama dedim ki, bu məni incidir. Anam dedi ki, sənətkar adamsan, adın pis çıxar. Deyərlər ki, qızında nə vardı ki, iki həftədən sonra qaytardılar evinə? Olmaz qızım, get otur, birtəhər yola ver. Mən də 28 il dözdüm”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri