24 
Fev
2021
06:45
146
73
6168
Virtual karabakh

Türkiyəli məşhur cütlük yenidən evləndi - FOTO/VİDEO

24 Fev, 2021
06:45
6168

Türkiyəli məşhur cütlük yenidən evləndi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2018-ci ilin dekabrında kiçik bir dost qrupu ilə Niderlandın paytaxtı Amsterdamda toy edən türkiyəli məşhur sənətçilər Sinan Akçıl ilə Burcu Kıratlı evliliklərinin doqquzuncu ayında boşanıblar.

Sondakika.com xəbər verir ki, ayrılığa tab gətirməyən cütlük yenidən evlənib.

Sadə toy mərasimində ən çox danışılan mövzulardan biri aktrisa Burcu Kıratlının gəlinliyi olub.

Amsterdamdakı toyları üçün xüsusi dizaynlı mini gəlinlik geyinən Burcu Kıratlı bu dəfə gəlinliyini məşhur modelyer Hakan Akkayaya etibar edib.

Aktrisanın gəlinliyi bu dəfə çox sayda izləyicisi tərəfindən bəyənilib.

Xatırladaq ki, Sinan Akçılın birinci toy mərasimində Burcu Kıratlını ilk gördükdə “Sevgilim, geyinməyi unutmusan” deyə reaksiyası günlərlə müzakirə olunmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri