23 
Fev
2021
15:54
13
176
5107
Virtual karabakh

Xalidə Gözəl: “Gəlinimin dayıları oğluma hədə-qorxu gəlib” - VİDEO

23 Fev, 2021
15:54
5107

Xalidə Gözəl: “Gəlinimin dayıları oğluma hədə-qorxu gəlib” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Elgizlə İzlə” verilişinin növbəti qonağı tanınmış diktor Xalidə Gözəl olub. Diktor oğlunun evləndiyi Nurxanım adlı xanımı və oğlunu qəbul etmədiyini deyib:

“Kasıb adam olsun, bilsəm ki, qeyrətli qızdır, oğluma alaram. Oğlum böyük səhvə yol verib. Ona görə də mən qarışmıram. Bir gecənin bədnamı olub. Kef çəkməyə gedib, qalıb boynunda. Qızın dayıları hədə-qorxu gəlib, oğlum da qızla evlənib. Bu söhbətlərə görə həyat yoldaşım Davud Əhmədovun da ürəyi partladı. Bircə övladın olsun o da gedib belə hərəkət etsin?”. 

Məşhur Diktorun gəlini Nurxanım canlı yayıma gələrək qayınanasının iddialarına cavab verib: 

“Xalidə xanım çox şeyi səhv deyir. Mənimlə üz-üzə də gələ bilmir. Pis insan deyil. Bilmirəm niyə belə edir. Oğlu Vəliədlə Bakıda, yolda tanış olmuşuq. Onu heç kim məcbur etməyib, özü nikah kəsdirib. Xalidə xanım da mənə dedi ki, oğlum işləmir, sən get ata evinə, oğlum haçan işləyər gələrsən. 12 ildir ata evindəyəm. Xalidə xanım məni istəmirdisə, evinə niyə dəvət etmişdi? Mənə brilyant sırğa verdi. Onu da oğlu satdı. Davudu nəvəsi kimi qəbul etməsə sənədlərini almazdı. Dedi ki, Davudun bir yaşında sizə toy edərik. Etmədi. Yoldaşıma dəfələrlə demişəm ki, əgər belədirsə, boşanaq. Boşanmır”. 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri