Mar
2021
11:25
22
74
5577
Virtual karabakh

Görünüşünü dəyişən Hollivud ulduzu tanınmaz hala düşüb - FOTO

1 Mar, 2021
11:25
5577

Görünüşünü dəyişən Hollivud ulduzu tanınmaz hala düşüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud ulduzu Demi Murun “Fendi” şousunda model olaraq yenidən podiumda görünməsi onunla bağlı müzakirələrə rəng qatıb.

Mk.ru xəbər verir ki, pərəstişkarları onun plastik əməliyyat keçirdiyindən əmindir, digərləri isə bu dəyişikliyi makiyajla əlaqələndirir.

Aktrisa dəfələrlə idman və təbii prosedurların köməyi ilə gözəlliyini və gəncliyini qoruduğunu bildirib. Ancaq onun görünüşündəki dəyişikliklər şübhəli yanaşmaya səbəb olub.

KİV-də qeyd olunur ki, Hollivud ulduzu sifət və çənə quruluşunu dəyişib və rinoplastika etdirib. İzləyiciləri hesab edir ki, onun burnu daha nazik olub və bir az yuxarı dartılıb.

Pərəstişkarları Murun mikrobloqunda yerləşdirdiyi yeni fotoda fərziyyələrini təsdiqləyə biliblər. Həmin foto evdə çəkilib.

İzləyicilər plastik cərrahın işini uğurlu hesab etməyiblər, çünki cavanlaşan Demini tanımaq mümkün deyil.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri