Mar
2021
01:11
159
42
2951
Virtual karabakh

Ancelina Coli Çörçilin rəsm əsərini 11.5 milyon dollara satdı – FOTO

3 Mar, 2021
01:11
2951

Ancelina Coli Çörçilin rəsm əsərini 11.5 milyon dollara satdı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış Hollivud aktrisası Ancelina Coli Böyük Britaniyanın əfsanəvi Baş naziri Uinston Çörçil tərəfindən çəkilmiş “Əl-Kutubiyyə məscidinin minarəsi” adlı rəsm əsərini 11.5 milyon dollara (təxminən 19.5 milyon manat) satıb.

Bu barədə “Kommersant” nəşri məlumat yayıb. Məlumata əsasən, rəsm əsəri “Christie's” hərracı vasitəsilə özünə yeni alıcı tapıb.

Qeyd edək ki, “Əl-Kutubiyyə məscidinin minarəsi” Çörçil tərəfindən II Dünya müharibəsi illərində çəkilmiş yeganə rəsmdir. Əsər 1943-cü ildə Baş nazir tərəfindən kətana köçürülüb və ABŞ-ın 32-ci prezidenti Franklin Ruzveltə hədiyyə olunub. Coli isə əsəri 2011-ci ildə satın alıb.

Onun satılmasının səbəbləri, həmçinin yeni sahibinin adı açıqlanmır.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri