Mar
2021
06:40
21
219
8502
Virtual karabakh

Brüs Uillisin görüntüləri kəskin tənqid olundu - VİDEO

4 Mar, 2021
06:40
8502

Brüs Uillisin görüntüləri kəskin tənqid olundu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud aktyoru Brüs Uillisin səkkiz yaşlı qızı ilə görüntüləri kəskin tənqid olunub.

Sənətçinin həyat yoldaşı Emma Hemingin “Instagram” hesabında yayımladığı video pərəstişkarlar tərəfindən qəzəblə qarşılanıb.

Bu barədə Lenta.ru xəbər yayıb.

Kadrlarda Hollivud ulduzu öz həyat yoldaşı, qızları səkkiz yaşlı Meybl və altı yaşlı Evelinlə əks olunub. Videoda aktyorun böyük qızını dodağından öpməsi istifadəçilərin narazılığına səbəb olub.

“Günümüzdə uşaqları dodaqdan öpmək çox qəribə və təhlükəlidir…”, “Uşağın dodağından öpməyin”, “Bu, çox xoşagəlməzdir”, - deyə onlar yazıblar.

Lakin bəzi pərəstişkarlar aktyorun tərəfində durublar və bildiriblər ki, övladına qarşı sevginin bu cür ifadəsində təəccüblü heç nə yoxdur.

Qeyd edək ki, amerikalı aktyorun həmçinin Demi Murdan üç övladı – 32 yaşlı qızı Rumer, 29 yaşlı oğlu Skaut və 26 yaşlı qızı Tallula var.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri