30 
Mar
2021
05:20
35
115
6089
Virtual karabakh

Tanınmış aparıcı dovşan obrazına görə qınandı - FOTO

30 Mar, 2021
05:20
6089

Tanınmış aparıcı dovşan obrazına görə qınandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

50 yaşlı britaniyalı aparıcı Amanda Holden Pasxa bayramı üçün çəkdirdiyi şəkli ilə söz-söhbətə səbəb olub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

50 yaşlı aparıcının həmkarı Eşli Roberts ilə birlikdə “Heart FM” radiostansiyasının studiyasında çəkdirdiyi foto onun “Instagram” hesabında paylaşılıb.

Görüntülər 50 minə yaxın bəyənmə toplasa da bir çox istifadəçi onun yeniyetmələrə məxsus geyimini sərt tənqid edib.

“Pasxa xristian təqvimində ən vacib bayramdır. Belə bir fotosessiya təhqiramizdir”, “Holden o qədər iyrənc görünür ki. Vaxtınız keçib, geyinməyi və yeniyetmə bir qız kimi davranmağı dayandırın”, “İki yetkin qadın cazibədar şəkildə yerkökü yediklərini və dovşan kimi gəzdiklərini bildirmək istəyirlər? Qadınlar daha çox şeyə layiqdirlər. Kişilərin onlara hücum etmək istəklərini gücləndirən məhz bu xanımlardır”, - deyə istifadəçilər bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri