21 
Sen
2013
11:25
34
85
37409
Virtual karabakh

“QİÇS-dən ölmüş” Bagira gecə klubunda “dirildi” – KİV + Foto

21 Sen, 2013
11:25
37409

“QİÇS-dən ölmüş” Bagira gecə klubunda “dirildi” – KİV + Foto

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həmin gün teleaparıcı Elgiz də bizimlə idi”.

Dünən mətbuatda qalmaqallı müğənni-model Bagiranın QİSÇ-dən (SPİD) ölməsi barədə xəbər yayıldı.

Yerli KİV-in məlumatına görə, son illər Türkiyədə yaşayan müğənni ilə orada da dünyasını dəyişib. Lakin bu gün məlum olub ki, həmin informasiya həqiqətə uyğun deyil.

Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, müğənnini yaxın rəfiqəsi, bildirib ki, iki gün əvvəl Bagira ilə gecə klublarından birində görüşüb və hətta şəkil də çəkdiriblər.

“Bagira QİÇS-dən ölməyib. O, özü haqqında bu xəbəri oxuduqdan sonra mənə zəng etdi və dedi ki, şokdadır. O, telefon nömrəsini dəyişib ki, narahat etməsinlər. İnanın, Bagira özünü əla hiss edir. Həmin gün Bagiranın yaxın dostu, teleaparıcı Elgiz Əkbər də bizimlə idi” – deyə, N.Məmmədova bildirib.

Xatırladaq ki, müğənni-model Bagira öz açıq-saçıq fotosessiyaları və qalmaqallı bəyanatları ilə məşhurlaşıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri