Apr
2021
12:06
143
43
6887
Virtual karabakh

Moskva imamı “Avroviziya” təmsilçisinə mahnını dəyişdirməyi tövsiyə etdi – VİDEO

2 Apr, 2021
12:06
6887

Moskva imamı “Avroviziya” təmsilçisinə mahnını dəyişdirməyi tövsiyə etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moskva əyalətinin imam-müxtəsibi Daud Muxutdinov Rusiyanı “Avroviziya”da təmsil edəcək Manijaya beynəlxalq tədbirdə çıxışı üçün mahnısını dəyişdirməyi tövsiyə edib.

Bu barədə o, “RİA Novosti”yə verdiyi müsahibədə bildirib.

İmamın sözlərinə görə, “Avroviziya” iştirakçısı ölkəni təmsil edir, ona görə də insanların mənimsəmə duyğusuna diqqət yetirməlidir.

“Nəzərə alınmalıdır ki, müsabiqə üçün seçdiyi bəstə ilə əlaqəli bir çox mənfi qiymətləndirmə alınıb”, - deyə Muxutdinov vurğulayıb.

İmam onu da qeyd edib ki, adətən din xadimləri ifaçıların yaradıcılıq həyatına qarışmırlar, çünki “Uca Allah insana seçim etmək hüququ verir”.

Bundan əvvəl Rusiya Pravoslav Kilsəsi Manijanın ifa edəcəyi “Russian Woman” (“Rus Qadını”) mahnısını ləyaqətsiz adlandırmışdı.

Mahnının mətni həmçinin Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko tərəfindən də tənqid olunub.

“Bunlar hansısa at-insanlardır, ümumiyyətlə bir növ cəfəngiyatdır. Mən ümumiyyətlə bunun nə olduğunu anlamıram”, - deyə o, bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri