Apr
2021
11:54
162
36
6462
Virtual karabakh

Hollivudun məşhur cütlüyünün evlilik sirri - FOTO

7 Apr, 2021
11:54
6462

Hollivudun məşhur cütlüyünün evlilik sirri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur Hollivud aktrisası Ketrin Zeta Cons özündən 25 yaş böyük olan əri, həmkarı Maykl Duqlasla evlilikləri barədə danışıb.

“Wall Street Journal”a müsahibə verən 51 yaşlı cazibədar aktrisa 20 illik evliliklərinin hələ də eşq, sevgi dolu olduğunu bildirib.

O, bunu hər iki tərəfin bu birlikdən məmnun olması ilə əsaslandırıb.

Zeta Consun dediyinə görə, karieraları evliliklərinə zərər vurmur:

“Münasibətimizdə sabit şəkildə sevgi və hörmət var. Yumor hissimizi əsla itirmirik və bir-birimizlə dostluqdan zövq alırıq. Birlikdə çox vaxt keçiririk, bundan həzz alırıq”.

Cütlüyün 20 yaşda Dayln adlı oğlu və 17 yaşlı Karis adlı qızı var.

“Bir çox ailəni bu qadağalar özündən çıxarsa da mən çox xoşbəxtəm. Hamımız bir-birimizin işinə hörmətlə yanaşırıq, müstəqil yaşayırıq, amma axşam yeməyində bir yerdə olmağı dörd gözlə gözləyirik”, - deyən aktrisa ailəsinin pandemiyada başqalarında olduğu kimi sıxılmadığını dilə gətirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri