10 
Apr
2021
08:40
134
276
11297
Virtual karabakh

Məşhur aktrisa: “Kişinin xəyanəti mənim üçün problem deyil” - FOTO

10 Apr, 2021
08:40
11297

Məşhur aktrisa: “Kişinin xəyanəti mənim üçün problem deyil” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin tanınmış aktrisası Əsra Dərmancıoğlu gözlənilməz etirafları ilə müzakirə mövzusu olub. Belə ki, o, xəyanəti özünə problem saymadığını deyib.

Bu barədə “Haber Global” xəbər yayıb.

“Fatmagülün suçu nə” serialından tanınan aktrisanın sözlərinə görə, əri ona xəyanət etdiyi üçün ondan boşanıb:

“Səyahətə hazırlaşırdıq. Həmin gün dostlarımız getdi. Kresloda oturmuşduq, əlində viski var idi. Qəfil ona müraciətlə dedim: “Nəsə baş verir? Sən mənə xəyanət edirsən”. O təsdiqlədi. Sonra danışdıq, uzun müddət söhbətləşdik. Sonra da boşandıq. İndi aramız yaxşıdır. Qızımın atası çox yaxşı adamdır. Amma bezibmiş…”

Hazırda özündən 15 yaş kiçik aktyor Murat Balçı ilə eşq macəraları yaşadığı bildirilən Əsra Dərmancıoğlu bir kişinin onu aldatmasını özü üçün problem etmədiyini vurğulayıb.

“Bir kişini, yaxud bir qadının xəyanətini heç vaxt ədalət məsələsinə çevirmirəm. Bu başqa bir şeydir. İstəmir sadəcə”, – deyə o bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri