13 
Apr
2021
15:33
445
34
3955
Virtual karabakh

Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı

13 Apr, 2021
15:33
3955

Niyaməddin Musayev xəstəxanadan evə buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir müddətdir koronavirus infeksiyasına yoluxan Xalq artisti Niyaməddin Musayev xəstəxanadan evə buraxılıb.

Bu haqda Xalq artisti “Instagram” səhifəsində məlumat yayıb.

“Bilirəm ki, mənə görə nigaran qalmısınız, şükürlər olsun, Azərbaycanın savadlı həkimləri sayəsində hər şey yaxşıdır. Yazdığınız gözəl sözlər və etdiyiniz dualar mənim üçün dəyərlidir”, - deyə müğənni paylaşımında qeyd edib.

N.Musayev müalicəsini ev şəraitində davam etdirəcək.

Qeyd edək ki, koronavirusa yoluxan ifaçı Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırdı. 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri