15 
Apr
2021
16:54
37
209
8550
Virtual karabakh

Rusiyada qəza törədən azərbaycanlı reperin cəzası bəlli oldu

15 Apr, 2021
16:54
8550

Rusiyada qəza törədən azərbaycanlı reperin cəzası bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada üç nəfərin xəsarət aldığı qəzaya görə azərbaycanlı reper Elmin Quliyev dörd il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə “İnterfax”a Moskvanın Xamovniçeski Məhkəməsinin mətbuat xidmətindən bildiriblər.

O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə zərərçəkmişlərin mülki iddialarını da qismən təmin edib.

Xatırladaq ki, qəza 21 sentyabr 2020-ci ildə baş verib. Qəza nəticəsində iki piyada - kişi və qadın, habelə qəzanı törədənin sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Quliyev qəzada günahını boynuna alsa da, ayıq olduğunu israr edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri