17 
Apr
2021
11:36
243
131
11023
Virtual karabakh

Azərbaycan səhnəsinin ən zövqsüzləri: Röya, Aygün, Zamiq...- Şou əhli “ağ yuyuldu, qara sərildi”

Hər zaman bahalı geyimləri və aksessuarları ilə öyünən şou əhli arasında ən zövqlü və ən dəbli geyinən kimdir? 

Bu suala cavab tapmaq üçün Sputnik Azərbaycan modelyer Şəlalə Maqsudova ilə söhbətləşib.

O qeyd edib ki, səhnədə xeyli qadın və kişi müğənni var ki, onlar bahalı geyinirlər, amma geyindikləri geyim zövqsüzdür: “Əksər müğənnilərin geyimləri bahalı və olduqca gülüncdür. Əksəriyyəti heç bilmir hansı geyimi harada geyinmək lazımdır. Çox təəssüf ki, səhnəmizdə çox az, barmaqla sayılacaq qədər zövqlü müğənni var”.

Modelyer dəbli geyinən kişi və qadın müğənnilərin adlarını açıqlayıb:

“Günay İbrahimli, Nura Suri, Röya, Aygün Kazımova, Sevda Yəhyayeva və Zülfiyyə Xanbabayeva səhnəmizin ən dəbli müğənnisi hesab olunurlar. Kişi müğənniləri arasında qadın müğənnilərdən zövqlü geyinənlər daha çoxdur. Məsələn, Zamiq Hüseynov, Rəhim Rəhimli, Əhməd Mustafayev, Çingiz Mustafayev səhnəmizin ən tərzli müğənnilərdir”.

O, zövqsüz sənətçilərimizin də adını açıqlayıb: “Qadınlar kimi kişi müğənnilərinin də içində getdiyi məkana uyğun geyinməyən müğənnilər var. Bəzən səhər verilişinə gecə geyimində gəlirlər. Bahalı geyim heç də tərz demək deyil. Məsələn, elə götürək Şəbnəm Tovuzlunu. Sənəti barədə heç nə deyə bilmərəm. Amma geyimi olduqca zövqsüzdür. Onun geyimi ilə məşğul olan adamlar onu bir növ gülüş hədəfinə çeviriblər. Təranə və Musa də tərz olmayanlar sırasındadırlar. Təranə xanım nə geyinirsə, Musa da ona uyğun geyinir. Bu da olduqca zövqsüz görünür. Manaf Ağayev, Niyaməddin Musayev və xüsusən muğam ifaçıları həmişə klassik geyimlərdədirlər. Bu da gözyorucudur”.

“Başqa bir problem də var. Bəzi müğənnilər isə öz bədənlərini tanımırlar, öz geyimlərinə uyğun geyim seçmirlər. Bədən ölçülərinə uyğun gəlməyən geyimlər geyinirlər. Məsələn, Zülfiyə Xanbabayeva geyimlərini o qədər zövqlə seçir ki, onun kilolu olduğu gözə girmir”.

Səhnəmizin ekstravaqant müğənnisi sayılan Elza Seyidcahanın geyiminə gəldikdə isə modelyer deyib:

“Bir şeyi vurğulamaq istəyərdim ki, modanın ifrat dərəcəsi eybəcərlikdir. Ola bilər ki, sən qeyri-adi geyinərsən, gülüş hədəfinə çevrilərsən. Elza xanım bəlkə də insanların diqqətini özünə cəlb etmək istəyir. Amma bu, gülüş doğurur”.

Şəlalə Maqsudovanın dediyinə görə, aparıcıların da içində zövqlü və zövqsüzlər var: “Bəzən verilişlərinin formatına uyğun geyinmirlər. Məsələn, Nanə Ağamalıyeva həmişə eyni geyimdə olur. Həmişə toy-ziyafət geyimində efirə çıxır. Mütləq dəyişiklik etməlidir. Tamaşaçının gözü eyniliyi görməkdən yorulub. Vüsalə Əlizadə hərdən dəyişsə də, o da loru dildə desək, toy geyimində efirə çıxır. Məleykə Əsədova gözəl, zərif xanımdır, amma onun da geyimi tərz deyil”.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri