20 
Apr
2021
15:00
196
83
7359
Virtual karabakh

Nişanlısı ilə ayrılan Ceniffer Lopes kədərli görünmür - FOTO

20 Apr, 2021
15:00
7359

Nişanlısı ilə ayrılan Ceniffer Lopes kədərli görünmür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzən münasibətlərə son qoymaq qadına müsbət təsir göstərir – qaməti düzəlir, simasında səmimi gülüş yaranır. Belə görünür ki, 51 yaşlı məşhur ifaçı və aktrisa Cennifer Lopeslə də bu baş verib.

Bu barədə “Grazia” xəbər yayıb.

Ötən həftə Cennifer Lopes və beysbolçu Aleks Rodriqes ayrıldıqlarını elan etdilər. Cütlük rəsmi açıqlama verdi.

Bununla belə ulduz kədərli görünmür.

Aprelin 20-də Lopes çəkilişlər vaxtı adətən dincəldikləri avtoevin astanasında çəkilən şəkillərini paylaşıb. Fotolarda ağ köynək və eyni rəngdə cinsdə olan ifaçı əlində fincanla pilləkənlərin üzərində oturmuş halda əks olunub.

Şəkillərin aktrisanın söhbət elədiyi əsnada çəkildiyi görünür. Cey Lo şəklinin çəkiləcəyi barədə xəbərdar edilmədiyi üçün fotolarda səmimi və emosional görünür.

Pərəstişkarları bu görünüşünü yüksək qiymətləndiriblər və ona dəstək veriblər. 

Xatırladaq ki, məşhurların eşq macərası 2017-ci ildə başlamışdı. Rodriqes və Lopes bir müddət sonra əvvəlki evliliklərindən olan uşaqlarını bir yerdə tərbiyə verməyə başladılar. İki il sonra idmançı sevgilisinə evlilik təklifi etdi və o razı oldu. Lakin əvvəlcə Cennifer Lopesin konsert turuna görə, sonra isə pandemiya səbəbindən onların toyu təxirə düşdü.

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri